Ən Gözəl Hədiyyə

Ən Gözəl Hədiyyə

İnsan dostu ilə, yoldaşı ilə yaşayar. Dostun yaxşısını seçsək, Ülkər bürcünə uzanar əllərimiz. Yox, əgər pis dosta rast gəlsək, aşağı səviyyələrə düşürər bizi. Mütəfəkkirlərdən biri gözəl deyib: “Mənə dostunu göstər, sənin kim olduğunu deyim”. Dost insana işıqdır, eşqdir, əzmdir, cəsarətdir. Belə gözəl dostları, dostluğu tapmaqda əsrarəngiz nümunələr təqdim edən bu kitab, adına uyğun olaraq bizə və yaxınlarımıza ən gözəl hədiyyədir. Uşaqlarda alicənablıq, doğruluq, dostluqda etibarlılıq kimi xüsusiyyətlərin, ata-anaya, böyüklərə, müəllimlərə ehtiram kimi həssaslıq, Vətənə, tarixi keçmişə bağlılıq kimi dəyərlər formalaşdırmaq istəyirsinizsə, bu sizin üçün əvəzedilməz vəsaitdir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Dil: Azərbaycanca
Nəşriyyat: Xəzər nəşriyyatı