Devid Kali – Ad günü tacı

Devid Kali - Ad günü tacı

Kraliça yubileyini qeyd edir və bu münasibətlə keçirilən ziyafətdə taxmaq üçün ona mükəmməl bir tac lazımdır. Görəsən, o, krallığın zərgəri göndərən tacı taxacaq, yoxsa tərəvəz mağazasından, yaxud şokolad ustasından gələn tacı?.. Bəlkə də bunların heç biri belə xüsusi gün üçün uyğun deyil?
Ülyahəzrət Kraliçanın 90 illik yubileyi münasibətilə nəşr olunmuş kitabdakı illüstrasiyalara elə effekt verilib ki, sanki ayrı-ayrı qəhrəmanların kağızdan maketi hazırlanıb və həmin maketlər kollaj edilərək səhnələr yaradılıb. Bu da personajların canlı kimi görünməyinə səbəb olur və hekayəni daha maraqlı edir
Dil: Azərbaycanca
Müəllif: Devid Kali
Nəşriyyat: Teas Press