H.C.Uells – Doktor Moronun adası

H.C.Uells - Doktor Moronun adası

Elmi-fantastik ədəbiyyatın görkəmli nümayəndəsi olan ingilis yazıçısı Herbert Corc Uels “Vaxt maşını”, “Doktor Moronun adası”, “Görünməz adam”, “Dünyaların müharibəsi”, “Yatan oyananda”, “Kips”, “Havada müharibə”, “Tono Bens”, “Azad edilmiş dünya” və s. romanların müəllifidir. 1905-ci ildə yazıçı “Müasir Utopiya” roman-traktatı ilə marksizmə qarşı çıxmışdı. O, 1920-ci və 1934-cü illərdə SSRİ-yə gəlmiş, Leninlə olan görüşlərindən sonra “Rusiya zülmət içində” adlı kitabını yazmış, burada o, Lenini “Kremlin xəyalpərəsti” adlandırmışdı.
“Doktor Moronun adası” əsərində Sakit okeanda qəzaya uğramış gəminin sağ qalan sərnişinlərindən birinin 10 ay bu dəhşətli adada yaşamağa məhkum olmasından, onun başına gələn qorxulu hadisələrdən bəhs olunur.
Dil: Azərbaycanca
Müəllif: H.C.Uells
Nəşriyyat: Qanun Nəşriyyatı