İBADƏTİN GƏTİRDİKLƏRİ (İbadətin maddi və mənəvi faydaları)

İBADƏTİN GƏTİRDİKLƏRİ (İbadətin maddi və mənəvi faydaları)

ISBN: 978-9952-439-74-8
Səhifə: 152
Ölçü: 135×210
Safvet Senih
İbadət sırf Allah-Təalanın əmri olduğu üçün yerinə yetirilir. Əsas qayə Onun rizasını
qazanmaqdır. Bununla yanaşı elə bir ilahi əmr yoxdur ki, ruh və cismə faydalı
olmasın. Gündən-günə inkişaf edən elm və texnologiya ilahi əmrlərin yeni hikmət və
faydalarını ortaya çıxarmaqla bu əmr və qadağaların, daha konkret desək, İslamın –
Quran və Hədisin nə qədər dərin mahiyyətə malik olduğunu ortaya qoyur. Elm qüsl
və dəstəmazın, namaz, oruc, həcc kimi fiziki, zəkat kimi maddi ibadətlərin səhhətin
ruhi-mənəvi və cismani xəstəliklərdən qorunmasında misilsiz rolunu faktlarla
göstərir. “Namaz vaxtlarının hikməti”, “Günah psixologiyası”, “Fransız həkimlərə
görə revmatizmanın dərmanı”, “Çox yemək ömrü qısaldırmı?”, “Oruc və müalicə”,
“Orucun tibbi hikmətləri”, “Oturaraq işləyək, yoxsa ayaq üstə?”, “Kəbəni əhatə edən
halqalar” kimi bir sıra mövzular da məhz bu aspektdə işlənmişdir.
Dil: Azərbaycanca
Nəşriyyat: Xəzər nəşriyyatı