İslam Mədəniyyəti

İslam Mədəniyyəti

Məscidlərin çoxunun kitabxanası olduğu kimi, bəzi şəhərlərdə də ümumi kitabxanalar da var idi. 950-ci ildə Mosulda xeyirxah insanlar tərəfindən qurulmuş bir kitabxana var idi ki, tələbələr buradan sadəcə kitab deyil, kağızla da təmin edilirdilər. Rey şəhərindəki ümumi kitabxanadakı kitabların siyahısı 10 böyük kataloqa sığışdırılmışdı. Bəsrə kitabxanasında çalışan elm adamlarına aylıq məvacib verilirdi. Coğrafiyaçı Yaqut, hazırladığı coğrafiya lüğətinə məlumat toplamaq üçün Mərv və Xarəzmdəki kitabxanalarda düz üç il çalışmışdı.
Monqollar Bağdad şəhərini dağıdan zaman, şəhərdə otuz altı kitabxana mövcud idi. Bir həkim, onu sarayda yaşamağa dəvət edən Buxara hökmdarının dəvətini rədd etmişdi, çünki təkcə kitabxanasını köçürmək üçün dörd yüz dəvəyə ehtiyacı var idi.
X əsrdə Sahib ibn Abbas kimi şəxslərin kitabxanasındakı kitab sayı bütün Avropa kitabxanalarındakı kitab sayından daha çox idi. Çindəki Minq Huanq dövrünü saymasaq, dünyanın heç bir yerində belə bir kitab sevgisi olmamışdı.

Müəllif: Will Durant
Kateqoriya: Araşdırma, Elmi-Kütləvi, Mədəniyyət-İncəsənət, Din, Fəlsəfə
Nəşriyyat: OnlaraDe
Səhifə: 223
Tərcümə: Sevda Səfərova, Ziya Balıyev
Təmin edilmə:1-3 İş günü
Stock: 99