Kitab Dan ulduzu | Elçin Əzimli

Kitab Dan ulduzu | Elçin Əzimli

Həyata göz açdığın andan iki səyahətə başlayırsan: biri iç dünyanda, digəri isə səni əhatələyən böyük dünyada. İç dünyandakı səyahətinin addımları düşüncə və
duyğularınla atılır. Böyük dünyadakı səyahətinin coğrafiyası isə vücudunun gəzib-dolaşdığı məsafələrlə ölçülür. Bu səyahətlər daim bir-biri ilə kəsişir. Böyük dünyaya uzanan yollar daxilindəki kiçik dünyadan keçir – düşüncə və duyğuların səni gedəcəyin yerə aparır. Hazırda olduğun yer də dünənki düşüncələrinin səni gətirdiyi yerdir… Bir səhər dəniz sahilində gəzintiyə çıxan Orxan yaşlı bir “düşüncə sehrbazı” ilə tanış olur. Tanımadığı bu qocaya qarşı əvvəlcə inamsız davranan Orxan axırda səbrli olmağa və hadisələrin nə ilə bitəcəyini gözləməyə qərar verir… Bu kitab düşüncə dünyanı aydınladacaq Dan ulduzundur. Onun işığını izlə. Bu işıq həyatında yeni səyahətlərin və yolların başlanğıcı olacaq…

Məhsulun kodu: 9789952313994
Nəşriyyat: Teas press
Cild: Yumşaq
Müəllif: Elçin Əzimli
Səhifə sayı: 356