Kitab Mən Quliyəm | Munis Yusifoğlu

Kitab Mən Quliyəm | Munis Yusifoğlu

22,5 il məhbəs həyatı yaşayan “qanuni oğru” Lotu Quli (Nadir Səlifov) bu yaxınlarda azadlığa çıxıb. Onun məhbus günləri, “oğru” adını alana qədər yaşadıqları, keçdiyi ölüm təhlükələri barədə Munis Yusifoğlu adlı yazar bir kitab qələmə alıb. Kitab tam bir detektiv əsəri xatırladır və bir-birindən ilginc detallarla zəngindir.
“Beş saniyədən sonra başına beş tapançanın soyuq lüləsinin tuşlanacağından xəbərsiz olan gənc geniş prospektdə yolun sağında saxladığı avtomobilinin sükanı arxasındaydı. Aprel ayı idi, gündüz vaxtıydı, yolun işlək hissəsində maşınlar şütüyür, səki ilə ara-sıra insanlar gəlib-gedirdi. Hər hansı bir təhlükə və ya təhlükə işartısı yox idi. Heç kəs beş saniyədən sonra burada detektiv filmlərinin səhnəsini xatırladan bir durumun yaranacağını düşünməzdi”.
Məhsulun kodu: 668041
Janr: Биография/Bioqrafiya/Биография/Bioqrafiya
Nəşriyyat: Qanun Nəşriyyatı
Cild: Yumşaq
Müəllif: Munis Yusifoğlu