Kitab Psixopat qarmağı | Aud Dalsegg, İnger Wesche

Kitab Psixopat qarmağı | Aud Dalsegg, İnger Wesche

Onlara hər yerdə rast gəlmək olur. Çünki ilk baxışda son dərəcə istiqanlı və mehriban görünürlər. Hər kəs də onların toruna düşə bilər. Valideynlərimiz, bacı-qardaşımız da bu “mehriban və istiqanlı” adamların şirin dilinin acısını yaşaya bilər. Belələrinə ən çox da müxtəlif idarə və müəssisələrdə rast gəlmək mümkündür. Özü də rəhbər vəzifələrdə. 
Kitab bu mövzuda daha əvvəllər yazılmış əsərlərdən “qurban”larının çoxluğu və konkret məqamlara fokuslanmasıyla fərqlənir. Kitabda təkcə problemə toxunulmur, həm də praktik məsləhətlər verilir. 
Əsər geniş oxucu auditoriyası üçün nəzərdə tutulub və hər kəsin masaüstü kitabına çevriləcəyinə ümid edirik. Uşaqdan böyüyə hər kəsin yararlana biləcəyi əsər, son dövrlər daha da aktuallaşan bir çox problemin həllində yardımçınız olacaq. Bir sözlə, özünüzü “psixopat” dediyimiz qorxulu insanlardan qorumaq istəyirsinizsə, bu kitabı oxuyun.

Məhsulun kodu: 9789952366587
Janr: Психология/Psixologiya
Nəşriyyat: Qanun Nəşriyyatı
Cild: Yumşaq
Müəllif: Aud Dalsegg, İnger Wesche
Səhifə sayı: 368