“Məsnəvi”dən seçmələr

“Məsnəvi”dən seçmələr

Böyük türk şairi və düşüncə adamı Mövlanə Cəlaləddin Rumi (1207-1273) ortaq mədəniyyətimizin dünya tarixinə bəxş etdiyi ən nəhəng şəxsiyyətlərdən biridir. Onun qələmindən çıxan “Məsnəvi”, “Məcalisi-səba”, “Fihi-ma fih”, “Divani-Kəbir” (Böyük divan) və “Məktubat” kimi bənzərsiz əsərlər aradan keçən yüzillərə rəğmən, bugünkü gün də dünyanın bütün guşələrində dərin maraqla oxunmaqdadır. Klassik Azərbaycan ədəbiyyatına dərin təsir göstərən bu əsərlərin indiyədək heç biri tam şəkildə dilimizə çevrilməyib. Dahı şairimiz Nizami Gəncəvi kimi, Rumini də farsca yazıb-yaratdığına görə “fars şairi” sayanlar az olmayıb. Halbuki yazılarından birində dahi Mövlanə “Əsləm türkəst, əgərçə hindu guyəm” (Farsca yazmağıma baxmayın, əslim türkdür) deyir. 2007-ci il Birləşmiş Millətlər Təşkilatının UNESCO qurumu tərəfindən “M.C.Rumi ili” kimi bütün dünyada geniş miqyasda bayram edilmişdir.
Şair-çevirmən Azad Yaşarın dilimizə çevirdiyi və geniş oxucu marağına səbəb olan “Məsnəvi”dən seçmələr” kitabının təkmilləşdirilmiş üçüncü nəşri ədəbiyyatımızda M.C.Rumi ilə bağlı haqsız boşluğu doldurmaq məqsədi güdür. Kitabda dünya ədəbiyyatının incisi sayılan əsərin alti cildindən alınmış müdrik hekayətlər və kəlamlar, Mövlanənin həyat və yaradıcılığına dair araşdırma yazıları ilk dəfə bir arada toplanmaqla Azərbaycan oxucusunun diqqətinə təqdim olunub.
Dil: Azərbaycanca
Müəllif: Mövlanə Cəlaləddin Rumi
Nəşriyyat: Nurlar nəşriyyatı