Orxan Pamuk – Seçilmiş əsərləri

Orxan Pamuk - Seçilmiş əsərləri

O, indi dünyada əsərləri ən çox nəşr olunan və oxunan 10 yazıçıdan biridir. Avropalılar onu “Avropaya roman yazmağı öyrədən yazıçı” adlandırdılar, əsərləri onlarla ədəbi mükafata, o cümlədən, 2006-cı ildə Nobel mükafatına layiq görüldü. “Qara kitab” (1990) romanı dünyanı heyrətə saldı. “Mənim adım Qırmızı” (199 romanı Avropada son qırx ilin ən yaxşı romanı sayıldı. “Məsumiyyət uzeyi” tez bir zamanda oxucuların qəlbini fəth etdi. “Ən rəngli və qorxulu romanım” adlandırdığı “Mənim adım Qırmızı” əsəri Osmanlı dövlətində naxış və nəqqaşlıq sənəti haqqında heyrətamiz hekayətdir. Bu, bütün olub-keçənlərə baxmayaraq, “mən türk yazıçısıyam” deyən Orxan Pamukdur. . Bu kitabda Orxan Pamukun “Mənim adım Qırmızı” romanı, hekayələri, Nobel nitqi və müsahibələri Azərbaycan oxucusunun ixtiyarına verilmişdir.
Dil: Azərbaycanca
Müəllif: Orhan Pamuk
Nəşriyyat: Kitab klubu