Promotey və Arqonavtlar

Promotey və Arqonavtlar

PROMETEY
Qədim yunan mifologiyasında ən maraqlı obrazlardan olan Prometey insanların xoşbəxtliyi uğrunda işgəncələrə məruz qalan əzabkeş obrazı kimi yaddaşlara həkk olunmuşdur. İlahların sözündən çıxaraq odu insanlara çatdıran Prometey Zevsin əmrinə görə dəhşətli işgəncə ilə cəzalandırılır: onu zəncirlə qayaya sarıyırlar. Bu azmış kimi ilahların əmri ilə hər gün bir qartal gəlib onun ciyərini dimdikləyir. İnsan oğlu Herakl olmasaydı, bəlkə də, Prometey dünya durduqca bu əzaba məruz qalacaqdı…
ARQONAVTLAR
Uzaq Kolxida diyarının hökmdarı Eetin sarayında insanlara xeyir-bərəkət, firavanlıq gətirən qızıl yunlu qoyun dərisi var. Cəsur Yazonun başçılığı ilə bir dəstə igid qızıl yunlu dərini əldə etmək üçün “Arqo” gəmisi ilə Kolxidaya yollanır. Onların arasında başqa yunan əsatirinin qəhrəmanı olan Herakl da var. Cəsur dənizçiləri qarşıda maraqlı və təhlükəli sərgüzəştlər gözləyir…

Müəllif:
Kateqoriya: Uşaq Ədəbiyyatı, Macəra
Nəşriyyat: Altun Kitab
Səhifə: 128
Tərcümə: Təmin edilmə:1-3 İş günü
Stock: 99