Radil Fətullayev – Mühasibatlığa dair məsələlər toplusu

Radil Fətullayev - Mühasibatlığa dair məsələlər toplusu

İATM tərəfindən sizə təqdim olunun bu kitab beynəlxalq mühasibatlığı öyrənən şəxslərin biliklərinin tətbiqi üçün nəzərdə tutulmuşdur.
Kitab İATM-in nəşri olan “Beynəlxalq mühasibatlığa giriş” kitabı əsasında hazırlanmışdır.
Nəzərinizə çatdırmaq istərdik ki, kitab özündə nəzəriyyə və praktikanın qarşılıqlı əlaqəsini birləşdirir və bu baxımdan kitabdan düzgün istifadə etdiyiniz təqdirdə, sizdə müstəqil şəkildə maliyyə hesabatlarını hazırlamaq bacarığı formalaşa bilər.
Kitabın strukturu da həmçinin “Beynəlxalq mühasibatlığa giriş” kitabının mövzuları əsasında tərtib edilməklə 16 fəsildən ibarətdir. Bunlar aşağıdakılardır:
Fəsil 1. Mühasibat bərabərliyində əməliyyatların qeydiyyatı
Fəsil 2. Əməliyyatların jurnalda və T-hesablarda əks etdirilməsi
Fəsil 3. Sınaq balansdan maliyyə hesabatlarına keçid
Fəsil 4. Düzəliş qeydləri və köməkçi hesabların bağlanması
Fəsil 5. Uzunmüddətli maddi aktivlər (əsas vəsaitlər)
Fəsil 6. Qeyri-maddi aktivlər
Fəsil 7. Ticarət əməliyyatları və ticarət ehtiyatları (mallar)
Fəsil 8. Ticarət ehtiyatlarının maya dəyərinin hesablanması metodları
Fəsil 9. Debitor borcları, ümidsiz borclar və sair debitor xarakterli aktivlər
Fəsil 10. Valyuta məzənnələri
Fəsil 11. Qiymətləndirilmiş öhdəliklər
Fəsil 12. Kreditor borcları, avans ödənişləri və sair kreditor xarakterli öhdəliklər
Fəsil 13. Vergilər
Fəsil 14. Əmək haqqı və işçilərlə bağlı sair ödənişlər
Fəsil 15. İstehsal əməliyyatları və istehsalat məsrəfləri
Fəsil 16. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
CAVABLAR
Kitabda verilmiş məsələlərdəki şərti şirkət adları Mendeleyev cədvəlinin elementlərindən istifadə olunmaqla göstərilmişdir. Fikrimizcə, bu cür adlandırma sizə məsələləri rahat şəkildə tapmaqda köməklik göstərəcəkdir.
Kitabda hər bir mövzu üzrə məsələnin 1 və ya 2 nümunəvi həlli verilmişdir. Nümunəvi çalışmaları öyrənməklə siz növbəti məsələləri həll etmək bacarığına yiyələnəcəksiniz.
“Mühasibatlığa dair məsələlər toplusu” kitabındakı praktiki məsələ və tapşırıqları həll edə bilən şəxs beynəlxalq səviyyədə tanınan ACCA, CIMA və CIPFA kimi təşkilatların sertifikatlarını əldə etmək üçün vacib bilikləri əldə etmiş olur. Kitab xüsusilə mühasibatlıq sahəsində yerli sertifikatların əldə olunması üçün də yaxşı vasitə hesab oluna bilər.
Kitabın müəllifləri: Radil Fətullayev, İbad İbadov və Fərid Abbaslı
Kitab barədə əlavə məlumat üçün İATM-ın ofisinə müraciət edə bilərsiniz:
www.iatm.az (012) 480 28 45; (055) 203 07 85; (070) 511 77 31; (050) 605 37 01
Dil: Azərbaycanca