Vüqar Zivəroğlu – Media İmperiyası

Vüqar Zivəroğlu - Media İmperiyası

“Media imperiyası”
(monoqrafiya)
Monoqrafiyada müasir dövrümüzün aktual mövzularından biri olan media korporasiyaların qlobal informasiya məkanına təsiri problemi araşdırılıb. Əsərdə XXI əsrin əvvəllərində dünya jurnalistikasının inkişafında müşahidə olunan ziddiyyətli məqamlar nəzərdən keçirilir, media korporasiyalarının informasiya məkanına təsiri və inhisar problemi faktoloji materiallar əsasında təhlil edilir.
Müəllif kitabda qloballaşma şəraitində KİV (I fəsil), Media sektorunun kommersiyalaşması, KİV sahəsində monopoliya problemini (II fəsil), media korporasiyaların formalaşması və fəaliyyət istiqamətlərini (III fəsil), informasiya siyasətinə və dövlətlərarası münasibətlərə media korporasiyaların təsirini (IV fəsil) araşdırma predmetinə çevirib və maraqlı nəticələr əldə edib.
İnformasiya cəmiyyətinin inkişafı minillik çərçivəsində ən aparıcı dünya konsepsiyalarından biridir. Bu gün hər dövlətin qüvvəsi tək sənaye və hərbi potensialla deyil, birinci növbədə vaxtında qlobal informasiya fəzasına yerləşmək, gələcək informasiya əsrində informasiya ehtiyatları və bilikləri yaratmaq, ondan istifadə etmək qabiliyyəti ilə müəyyən edilir. Bir çox ölkələrdə informasiya cəmiyyətinin formalaşmasının lideri qismində ən yaxşı inkişaf etmiş informasiya infrastrukturna, ən müasir kommunikasiya texnologiyalarına malik böyük şəhərlər çıxış edir. Son zamanlar psixolojı təsir, “beyinlərin yuyulmasına” yönəlmiş texnologiyalar inkişaf edir. Belə texnologiyalarda elm və texnikanın, xüsusən də telekommunikasiya və kompüter texnologiyalarının nailiyyyətlərindən istifadə edilir. Bu texnologiyaların inkişaf səbəbi iş adamları, siyasətçi, müəllim, alimlərin ən müxtəlif tələbatlarından irəli gəlir və reklam, seçkilər, müxtəlif geosiyasi proseslər, müharibə və digər münaqişələrdə əhəmiyyətli fenomen kimi iştirak edir.
Ümumiyyətlə müəllifin “Media imperiyası” əsəri, təkcə jurnalistikanın nəzəriyyəsi ilə məşğul olan ixtisas sahiblərinə və bu ixtisas üzrə təhsil alan tələbələrə və magistrlara deyil, eyni zamanda digər peşə sahibləri və eləcə də dünyada baş verən ictimai-siyasi proseslərlə maraqlanan hər bir kəs üçün əhəmiyyətli mənbə sayıla bilər.
Bakı, “Nurlan”, 2012.
Dil: Azərbaycanca
Müəllif: Vüqar Zivəroğlu