X.Əsədov – "Kamil Əliyev"

X.Əsədov - "Kamil Əliyev"

“Sərvət” albomlar silsiləsindən olan bu kitab Azərbaycan xalçaçılıq sənətinin dəyərli nümayəndələrindən biri olan Kamil Əliyevin həyat və yaradıcılığına həsr olunmuşdur.
1978-ci ildə o, Nizami Gəncəvi xalçasının bədii tərtibatı üzərində işləyərkən “Quran” kitabının qədim əlyazmalarında rast gəldiyi naxış elementlərindən istifadə etmişdir.
Kamil Əliyevin dövlətlərin bir-birini yaxından tanımasında böyük xidmətləri olmuşdur. “İndira Qandi”, “Rabindranat Taqor”, “Süleyman Dəmirəl”, “Putin”, “Bill və Hillari Klinton” və s. əsərləri əsl süjetlər qalereyasını yaratmışdır.
“Şərq-Qərb” Nəşriyyat Evində nəşr edilən bu kitab sənət adamları, rəssamlar və sənətşünaslar üçün nəzərdə tutulmuşdur.
Dil: Azərbaycanca
Müəllif: X.Əsədova
Nəşriyyat: Şərq-qərb