Yunis Dürüst – Feysbukun və həyatın sirrləri

Yunis Dürüst - Feysbukun və həyatın sirrləri

Feysbukun və Həyatın Sirləri”Bu kitabın bənzəri yoxdur! “Feysbukun və Həyatın Sirləri” adlanan bu kitab, ən azı 4 cəhətdən inqilabi olacaqdır; birinci inqilab, Azərbaycanda ilk dəfə olaraq feysbuka və onun məsələlərinə dair bir kitab yazılmış olmasıdır; ikinci inqilab, Azərbaycanda ilk dəfə olaraq, dərindən və kökdən insan psixologiyasına proyeksiya tutulmuş olmasıdır; üçüncü inqilab, eyni bir kitabın, universal olaraq, həm maarifləndirici, həm təsviredici olmasıdır; dördüncü inqilab isə, xüsusi bir mövzuyla (feysbuk və virtual həyat), ümumi mövzunun (real həyatın) sintez olunmasıdır.
Feysbuk nədir və Həyat nədir; bunlar niyə iç-içədirlər? Virtual aləm, doğrudanmı qeyri-real bir yerdir? Biz həyatı gerçəkdən düzgün anlamışıqmı?
Ən əsası, depressiyadan necə uzaq olaq və necə xoşbəxt olaq?
Bütün bu sualların, hər şeyin cavabı-bu kitabda!
Feysbuku və həyatı açıqlayan və 100-dən çox anlayışın izahını verən kitabda həm məlumatlar, həm də tövsiyyələr verilir, davranış və qərarlarımızın altqatı açıqlanır. Bu kitabda hər kəs özünü tapacaq-sən, dostun; tanıdığın, tanımadığın insanlar…. Gələcəkdə səni gözləyən mənfi olayların qarşısını indidən almaq və doğru qərarlar vermək üçündür bu kitab!
Hər kəsin deyil, yalnız inkişaf etmək istəyənlərin kitabı!
Yunis Dürüst
Dil: Azərbaycanca
Müəllif: Yunis Dürüst